Universitetlərə muxtariyyət VERİLİR? – Rəsmi AÇIQLAMA 

Universitetlərə muxtariyyət VERİLİR? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Universitetlərə muxtariyyət VERİLİR? – Rəsmi AÇIQLAMA 

192576

“Ali təhsil müəssisələrinin akademik muxtariyyət məsələsi çox geniş anlamdır. Onu belə darlaşdırmaq olmaz. Bizdə bəzən akademik muxtariyyəti inzibati muxtariyyətlə qarışdırırlar. Amma bunun adı inzibati muxtariyyət deyil, akademik muxtariyyətdir. Akademik muxtariyyət o deməkdir ki, dövlət elmi müəssisəni hansısa araşdırmanı aparmağa məcbur edə bilməz”. 

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

O, qeyd edib ki, universitet bu tip qərarları elmi şura çərçivəsində qəbul edir:

“Elmi şura müəssisənin elmin hansı sahələri ilə məşğul olmasını, gələcəkdə hansı ixtisasların açılmasını  və digər vacib və strateji məsələləri müzakirə edir. Bir də akademik dürüstlük məsələsi var. Yəni, kimsə kiminsə məqaləsini oğurlasa, dövlət onu cəzalandırır. Bu məsələyə ciddi diqqət yetirilir, bütün işlər plagiatın olub-olmamasına görə yoxlanışdan keçirilir. Ali Attestasiya Komissiyası bəzən kimisə elmi rəhbərlik etməkdən məhrum edir. Bu gün Ali Attestasiya Komissiyasına təqdim olunan elmi işlərə verilən imtinalar 14-15 faiz arasındadır.

Bizdə akademik muxtariyyət həll olunmamış məsələ deyil. Əgər inzibati muxtariyyətdən danışılırsa, bizim ali təhsil müəssisələrimiz bir çox məsələlərdə kifayət qədər sərbəstdirlər.
Tədris prosesində müəyyən fənlər var ki, onların tədrisi mütləqdir, amma hər bir ali təhsil müəssisəsinin təxminən 30 faiz fərqli kontent vermək imkanı var. Əgər müəssisə bu imkandan istifadə etmirsə, bu onun seçimidir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO