Azərbaycanda təhsil alan xarici tələbələrin sayı gələn il daha 1000 nəfər ARTIRILACAQ – RƏSMİ 

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı gələn il daha 1000 nəfər ARTIRILACAQ – RƏSMİ 

Hazırda oxunan: Azərbaycanda təhsil alan xarici tələbələrin sayı gələn il daha 1000 nəfər ARTIRILACAQ – RƏSMİ 

192546

“Əcnəbi tələbələrin sayının gələn il daha 1000 nəfər artırılması həfədlənib”. 

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.  

O, hazırda 10 min əcnəbi tələbəmizin olduğunu qeyd edib:

“Onlar bir qayda olaraq ali təhsil müəssisələrimizə müsabiqədərkənar qəbul olurlar. Hədəfimiz xarici tələbələrin sayını gələn il üçün daha 1000 nəfər artırmaqdır. Bu, asan tapşırıq və asan hədəf deyil. Elə universitetlərimiz var ki, onlarda müəyyən sayda əcnəbi tələbə oxuyur. 90-cı illərdə əcnəbi tələbələrin sayı məlum səbəblərə görə azalıb.

Lakin indi yavaş-yavaş əvvəlki göstəricilərə qayıdırıq. Əcnəbi tələbələrin cəlbi  həm gələcəkdə ölkəmizin təbliğatıdır, həm universitetlərimizin reytinq göstəricilərinə birbaşa təsir edir, həm də ali təhsil müəssisələrimizin daxilində beynəlxalq mühit yaranmasına  və ölkəmizə əlavə valyuta axınına  səbəb olur.
Müəyyən mənada biz bu məsələni koordinasiya edirik, amma əsas fəaliyyət universitetlər tərəfindən aparılmalıdır və bütün dünyada da bu, belədir”, - deyə Ülkər Səttarova əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO