Bakıda ağır QƏZA: Ölən və yaralananlar var

Bakıda ağır QƏZA: Ölən və yaralananlar var

Hazırda oxunan: Bakıda ağır QƏZA: Ölən və yaralananlar var

192342

Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yol-nəqliyyat hadisəsi olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, Məmmədov Piruz İsa oğlu gecə saatlarında idarə etdiyi "Mercedens Benz C 320" markalı avtomobillə sözügedən ünvanda hərəkətdə olarkən idarə etməni itirib və yol kənarında yerləşən fərdi yaşayış evinin daş hasarına çırpılıb.

Nəticədə sərnişin Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü Məmmədov Piruz İsa oğlu da daxil olmaqla avtomobildə olan digər sərnişinlər Piriyev Orxan Fariz oğlu və Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO