Bakıda məşhur mağazanın yanğından sonrakı görüntüləri - VİDEO

Bakıda məşhur mağazanın yanğından sonrakı görüntüləri - VİDEO

Hazırda oxunan: Bakıda məşhur mağazanın yanğından sonrakı görüntüləri - VİDEO

192338

Xəbər verdiyimiz kimi, “Ağ çiçəyim” gül mağazasında yanğın olub.

Bizim.Media məlumat verir ki, Fövqəladə Hallar Nazirliyi “Ağ çiçəyim” gül mağazasında baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 1450 kvadratmetr olan bir-birinə bitişik obyekt və evlərdən, ümumi sahəsi 590 kv.m olan gül mağazası, ümumi sahəsi 50 kv.m. olan geyim mağazası, ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli restoranın damına çəkilmiş 30 kv.m tent və bitişik içərisində su qızdırıcısı quraşdırılmış 5 kv.m sahədə dolab və 2 ədəd ötürücü qüllə yanıb.
Ərazidə bitişik yerləşən evlər, çoxmərtəbəli yaşayış binası və digər obyektlər yanğından mühafizə edilib.

Yanğınla mübarizə tədbirlərində Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 25 ədəd texnikası və 124 nəfər canlı qüvvəsi iştirak edib.

Mağazanın yanğından sonrakı görüntülərini təqdim edirik:
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO