Azərbaycanda daha bir vəzifəli şəxs öldü

Azərbaycanda daha bir vəzifəli şəxs öldü

Hazırda oxunan: Azərbaycanda daha bir vəzifəli şəxs öldü

19221

"Bakıenerjitikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycanın Əməkdar mühəndisi Knyaz Hacıyev vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, K.Hacıyev 68 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Hacıyev Knyaz Mehdi oğlu 1953-cü ilin oktyabrın 10-da Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub.

O, 1970–1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1976-cı ildən Azərbaycanın energetika tikintisi sahəsində fəaliyyətə başlayıb.

Prezident İlham Əliyevin imzaladığı 10 aprel 2014-cü il tarixli sərəncamı ilə Azərbaycanda tikinti kompleksinin inkişafında xidmətlərinə görə K.Hacıyevə "Əməkdar mühəndis" fəxri adı verilib. Həmçinin "Tərəqqi" medalı ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO