“Nümunəvi ailələri təbliğ etmək, vətəni səngərdə qorumaq qədər önəmlidir” – Zahid Oruc 

“Nümunəvi ailələri təbliğ etmək, vətəni səngərdə qorumaq qədər önəmlidir” – Zahid Oruc 

Hazırda oxunan: “Nümunəvi ailələri təbliğ etmək, vətəni səngərdə qorumaq qədər önəmlidir” – Zahid Oruc 

192162

"Bütün dünyada ənənəvi ailə modeli böhran yaşayır. Virtual dünya ənənəvi ailəni üstələyir. Nümunəvi ailə modellərini təbliğ etmək vətəni səngərdə qorumaq qədər önəmlidir".

Bizim.Media xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda keçirdiyi konfransda Milli Məclisin deputatı, STM-nin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

O bildirib ki, ailələrin nizamı pozulursa, dövlətlər ayaqda qala bilmir:

"21-ci əsrin əvvəllərinə qədər ailə institutu patriarxal və ənənəvi modeldən keçib, hazırda postmodern, natamam və nikahdan kənar çoxsaylı alternativ ailə modelləri ilə əvəzlənib. Sərhədsiz azadlıqların sürətli təbliği və ifrat ideologiyalı sosial hərəkatlar tüğyan edir. Biz bunu "anti ailə pandemiyası" adlandıra bilərik. Bundan əlavə, rəngli ailə hərəkatlarının miqyaslı təbliğatı gedir. 

Azərbaycan ailəsi özündə həm müasirliyə, həm də milli mədəniyyətə xas olan ənənələrin vəhdətini ehtiva edir, onların unikal birliyini daşıyır. Azərbaycanda uşaqlı və nikahlı olan cütlük dominant olan ailə modeli kimi qəbul olunur.

İctimai müzakirələrdə boşanmaların artmasında məişət zorakılığı xüsusi vurğulansa da, sorğular müasir Azərbaycan ailəsinin emosional tərəflərə önəm verdiyini göstərir. 

Müasir Azərbaycan ailəsində övlada münasibət bir tərəfdən fədakarlıq, digər tərəfdən fərdi maraqların vurğulanması ilə ifadə edilir, bu, indiki valideynlərdə əvvəlkilərdən daha çox özünə inamsızlıq yaradır. Müasir Azərbaycan insanı ailəyə bağlılığı və dəyərlərə ehtiramı ilə fərqlənir".

Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO