“MƏDƏNİYYƏTƏ KÖNÜL VER!” - “Bizimlə öyrən” – FOTO 

“MƏDƏNİYYƏTƏ KÖNÜL VER!” - “Bizimlə öyrən” – FOTO 

Hazırda oxunan: “MƏDƏNİYYƏTƏ KÖNÜL VER!” - “Bizimlə öyrən” – FOTO 

192158

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver” layihəsinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, layihə çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlimlər, görüşlər və ustad dərsləri keçirilir. 

Təlimlər həm Bakı, həm də Gəncə şəhərində keçirilir. 

İlk təlimlər Azərbaycan Dövlət Film Fondunun Kino arxiv şöbəsinin müdiri Rəşad Qasımov, Azərbaycan Texnologiya Universitetinin Dizayn Kafedrasının müəllimi Mobil Qarayev, qum sənətçisi Novruz Əhmədov tərəfindən keçirilib. Təlimlərin mövzuları “Azərbaycan kino tarixinə səyahət”, “Flashob necə qurulmalı”, “Qum sənətinin incəlikləri” olub.  


Qeyd edək ki, layihənin keçirilməsində məqsəd könüllülərin və yaradıcı gənclərin iştirakı ilə mənəvi irsimizi gələcək nəsillərə çatdırmaq, mədəniyyətimizin inkişafı və təbliği istiqamətində müxtəlif yönlü ictimai fəaliyyət göstərməkdən ibarətdir.
Bu silsilə tədbirlər gənclərin maariflənməsinə xidmət edəcək. Layihə çərçivəsidə fərqli sahələrin peşəkarları ilə görüşlər, könüllülüyün inkişafına xidmət göstərən təlimlər təşkil olunacaq.






































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO