Paytaxtın iki məktəbində yoxlamalara BAŞLANILDI - FOTO

Paytaxtın iki məktəbində yoxlamalara BAŞLANILDI - FOTO

Hazırda oxunan: Paytaxtın iki məktəbində yoxlamalara BAŞLANILDI - FOTO

192075

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir.

Bizim.Media xəbər verir ki, seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə monitorinqlərin təşkil olunmasının əsas məqsədi tədrisin və kadrlarla işin təşkili vəziyyətinə nəzarətin artırılması, tədris-pedaqoji sənədlərin mövcud təlimata uyğunluğunun yoxlanılması, maddi-texniki baza və infrastrukturdan istifadə, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması, dövlət elektron məlumat sistemlərinin idarəedilməsinin yoxlanılması, səmərəli tədris mühitinin formalaşdırılmasına dəstək verilməsindən ibarətdir.

Monitorinqlər zamanı, həmçinin sənədlərlə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması, dərnək məşğələləri və dərsdənkənar məşğələlərin tədrisi məsələləri ilə bağlı müşahidələr aparılır. 

Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün Elm və Təhsil Nazirliyinin əmri ilə müvafiq komissiya yaradılıb. Monitorinqlərin yekununda təhsil müəssisələrinin rəhbərlərinə səmərəli tədris mühitinin təmin olunması üçün müvafiq təklif və tövsiyələr verilir.

Qeyd edək ki, tədris ilinin sonuna qədər davam etməsi nəzərdə tutulan operativ monitorinqlərin nəticələrinə uyğun olaraq nöqsanlar aşkar olunan ümumi təhsil müəssisələrinin rəhbərləri barədə müvafiq intizam tənbeh tədbirləri görülür.

BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə paytaxtdakı 198 və 306 nömrəli tam orta məktəblərdə mayın 14-də keçirilmiş monitorinq prosesinin gedişatını izləyib.

Monitorinqlərin məktəbəqədər təhsil müəssisələrini də əhatə etməsi nəzərdə tutulur.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO