May ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (8-i azyaşlı uşaq), saat 02:10-da isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:27 / 14.05.2024
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər SAXLANILDI - FOTO
Hazırda oxunan: Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər SAXLANILDI - FOTO
Hazırda oxunan: Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər SAXLANILDI - FOTO
192072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.