Azərbaycanda bu gündən 1-ci siniflərə şagird qəbuluna start verilir

Azərbaycanda bu gündən 1-ci siniflərə şagird qəbuluna start verilir

Hazırda oxunan: Azərbaycanda bu gündən 1-ci siniflərə şagird qəbuluna start verilir

19207

Bu gündən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır.

Bizim.Media xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Birinci sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil Nazirliyindən III, VI və VII siniflər üçün qərar


Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək.

Dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq.

Müsahibələrin 4 may - 14 iyun tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO