2 azyaşlını maşınla vuran müğənni Ziba Osmanovanı hansı cəza gözləyir? – AÇIQLAMA

2 azyaşlını maşınla vuran müğənni Ziba Osmanovanı hansı cəza gözləyir? – AÇIQLAMA

Hazırda oxunan: 2 azyaşlını maşınla vuran müğənni Ziba Osmanovanı hansı cəza gözləyir? – AÇIQLAMA

192036

Xəbər verdiyimiz kimi, mayın 8-də paytaxtın Suraxanı rayonu ərazisində iki azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Azyaşlıları vuran “Changan” markalı avtomobili tanınmış müğənni Ziba Osmanova idarə edirmiş. Nəticədə azyaşlılar aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ziba Osmanova iki azyaşlını maşınla vurdu


Bəs, ifaçını bu hadisəyə görə hansı cəza gözləyir?

Suala hüquqşünas Əsabəli Mustafayev aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, mətbuatın yazdığına görə 2 azyaşlı qəza nəticəsində xəsarət alıb:

“Uşaqlardan birinin vəziyyəti nisbətən ağırdır. Yəqin ki, onun uzun müddət müalicəyə ehtiyacı olacaq. Nəzərə alaq ki, hadisə piyada keçidinin üzərində olub. Belə bir məlumat da yayılıb ki, sürücü hadisə yerindən qaçıb. Bütün bunlar mühüm amillərdir. 

Hazırda istintaq gedir. Mən hadisələri qabaqlamaq istəmirəm. Amma anoloji vəziyyət üçün qəzanı törədən sürücü barədə gözlənilən cəza barədə müəyyən fikir söyləmək istəyirəm. Belə ki, qəza nəticəsində az zərər olarsa, onda bu Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə tövsif oluna bilər. Bu maddəyə görə sürücü ya 7 min manat cərimə oluna bilər, ya da ki, 2 il müddətindən azadlıqdan məhrumetmə cəzası ala bilər. Nəzərə alaq ki, bu ehtiyatsızlıqdan törədilmiş qəza sayılır. 

Əgər uşaqlardan birinin ağır bədən xəsarət aldığı sübut olunarsa, onda sürücü CM-nin 263.1-1 maddəsinə əsasən 3 ilədək həbs oluna bilər. Ancaq bu maddədə cərimə yoxdur, real cəza var. Ola bilsin ki, 2 uşaq xəsarət aldığına görə sürücü həm CM-nin 263.1 və 263.1-1 maddələri ilə ittiham edilsin. Burda bir məqam da var. Əgər piyada yüngül xəsarət alarsa və o sürücüdən şikayətçi olmasa, onda sürücü cəzadan azad ola bilər”. 

Əsabəli Mustafayev qeyd edib ki, mətbuatın yazdığına görə xanım sürücü qəzadan sonra hadisə yerini tərk eləyib:

“Bu çox ciddi əməl sayılır.Bu hal ayrıca maddə ilə tövsif olunur, yəni CM-nin 264-cü maddəsi ilə. Bu maddəyə görə hadisə yerindən qaçmağa görə sürücü 2 ilədək həbs cəzası ala bilər. Qeyd edim ki, 263-cü maddəyə görə hadisə ehtiyatsızlıqdan törədilmiş, 264-cü maddəyə görə isə hadisə qəsdən törədilmiş hesab edilir. Cinayət qəsdən törədildiyi halda sürücü cəzasını ancaq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Əgər qəza törətmiş şəxs 5 ilədək cəza alsa məntəqə tipli, 5 ildən artıq cəza alsa isə ümumi cəzaçəkmə müəssisəsində cəzasını çəkir”.

Hüquqşünas bir məsələni də vurğulayıb ki, əgər qəza törədən sürücü xəsarət alan adamlara yardım edibsə, onların tezliklə xəstəxanaya çatdırılmasın təmin edibsə onda onun cəzası adını çəkdiyim maddələrdəki cəzanın 3/4-dən artıq ola bilməz:

“Başqa bir həssas məqamsa qəza zamanı kimin günahkar olmasıdır. Mətbuatın yazdığına görə hadisə piyada zolağında baş verib. Belə halda sürücü birmənalı şəkildə günahkar hesab edilir. Hazırda polis orqanında təhqiqat araşdırması aparılır. Müvafiq ekspertiza təyin edilib. Yəqin ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO