Daha bir kiberdələduzluq: Kartdakı 7 min manat ələ keçirildi

Daha bir kiberdələduzluq: Kartdakı 7 min manat ələ keçirildi

Hazırda oxunan: Daha bir kiberdələduzluq: Kartdakı 7 min manat ələ keçirildi

192031

Daha bir Azərbaycan vətəndaşı kiberdələduzluğa məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

Qurum rəsmisi bildirib ki, Suriya nömrəsi ilə zəng edən naməlum şəxs qarşı tərəfə yalan vəd verməklə bank kartında olan pulunu ələ keçirib:

“Deyiblər ki, 1 milyon 700 min dollar pul var, onu Azərbaycana köçürə bilmirik. Bank kart məlumatlarını bizə verin, ora göndərək, 700 min sizin olacaq. Sizinlə orada əlaqə saxlanılıb 1 milyon dolları təhvil alacaqlar. Vətəndaş bütün məlumatları həmin şəxsə verib, 5 saniyə ərzində bank kartında olan 7377 manat pul çıxarılıb”.

E.Hacıyev bir daha hər kəsi kibercinayətkarlardan qorunmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO