Aqil Abbas: “Yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır”

Aqil Abbas: “Yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır”

Hazırda oxunan: Aqil Abbas: “Yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır”

192027

Son günlər gündəmi zəbt edən əsas mövzulardan biri də Azərbaycanda yeni parlament seçkisinin nə vaxt keçiriləcəyidir. Yayılan məlumatlar bu prosesin çox da uzaqda deyil, yaxın 2-3 ay ərzində baş tutacağını söyləməyə əsas verir. 

İddialara görə, hakimiyyət yeni parlamentin daha gənc və dinamik şəxslərdən formalaşmasında maraqlıdır. Belə ki, yaşı 70-i ötmüş, hamısı olmasa da, bir çox köhnə simanın deputat mandatı ilə vidalaşacağı da iddialar sırasındadır. 

Bizim.Media xəbər verir ki,məsələ ilə bağlı ”yenisabah.az” Milli Məclisin yaşı 70-i ötmüş deputatları ilə əlaqə saxlayıb. 

Millət vəkili Vahid Əhmədov açıqlamasında bildirib ki, dünya təcrübəsində belə ənənə yoxdur: 

“Bu xəbərlər qeyri-rəsmidir, günlərdir ki, bu barədə mətbuat yazır. Mətbuatın yazdığı, rəsmi olmayan iddialarla bağlı nə isə demək olmaz. Mənim bu haqda məlumatım yoxdur. 

Deputat olmaq üçün yaş o qədər də əhəmiyyət kəsb etmir. Dünyada belə bir təcrübə yoxdur, mən buna rast gəlməmişəm. Əsas odur ki, deputat olmaq istəyən şəxs seçkidə səs toplaya bilsin, seçicilərlə işləməyi bacarsın. Onların problemlərinin həllinə kömək etsin, deputatın əsas işi budur. Mən də əlbəttə ki, cavanlaşmanın tərəfdarıyam. 2020-ci ildəki parlament seçkisində Milli Məclisə xeyli cavanlar gəldi.

Onların arasında hörmət etdiyim kifayət qədər insan var, amma yaşlılara da ehtiyac var, çünki onlar təcrübəlidirlər. Yazılan iddiaların gerçək olub-olmayacağını isə zaman göstərəcək. Bu barədə hələ ki, Mərkəzi Seçki Komissiyasının qərarı yoxdur. Hər şey bundan sonra məlum olacaq. Mən namizədliyimi irəli sürüb-sürməyəcəyim barədə hələ ki, qərar verməmişəm”. 
Millət vəkili Aqil Abbasın səsləndirilən iddialara reaksiyası isə ironik olub: 

“İçində mən olmaq şərti ilə yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır. Deputatı xalq seçir, bu seçimdə yaşa fikir verilmir. Mən də istəyərəm ki, parlamentə gənclər gəlsin, amma onları xalq seçir. Seçici deputatın yaşına, başına, savadına baxmır. Bunu xalqdan soruşmaq lazımdır ki, 70-dən yuxarı yaşı olanları seçəcəksiniz ya yox? Dünya təcrübəsində də belə bir şey yoxdur. Görünür, bəzi adamların qocaman deputatlardan - yaşı 70-i keçənlərdən zəhləsi gedir”. 

Məlumat üçün qeyd edək ki, hazırda Milli Məclisdə təmsil olunan 125 deputatın 21-i 70 yaş və üzərindədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO