Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi – YENİ TƏYİNAT  

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi – YENİ TƏYİNAT  

Hazırda oxunan: Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi – YENİ TƏYİNAT  

192005

Baş Prokurorluqda yeni kadr dəyişikliyi olub. 

Bizim.Media “manşet.az”a istinadən xəbər verir ki, müvafiq əmrlə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini Şəmşir Şəmşirli öz istəyi ilə ərizə yazaraq vəzifəsindən ayrılıb. 

Baş prokuror Kamran Əliyevin digər əmri ilə həmin vəzifəyə baş ədliyyə müşaviri Əsəd Əliyev təyin edilib. Əsəd Əliyev bundan əvvəl adıçəkilən idarədə böyük prokuror vəzifəsində çalışıb. 
Qeyd edək ki, Şəmşir Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğludur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO