Zaqatalada ağır QƏZA: Ölənlər və xəsarət alanlar var - FOTO 

Zaqatalada ağır QƏZA: Ölənlər və xəsarət alanlar var - FOTO 

Hazırda oxunan: Zaqatalada ağır QƏZA: Ölənlər və xəsarət alanlar var - FOTO 

191877

Zaqatalada ölümlə nəticələnən qəza baş verib. Yol-nəqliyyat hadisəsi Zaqatala şəhərinə giriş ərazisində qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün günün ikinci yarısında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində iki avtomobilin toqquşub. 

Hadisə şahidlərinin sözlərinə görə, qəza hər iki nəqliyyat vasitəsinin sürət həddini aşması və qarşı-qarşıya gəlməsi nəticəsində baş verib. 

İlkin məlumatlara əsasən, qəza zamanı hələlik adları dəqiqləşdirilməyən iki nəfər ölüb, daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası cəlb edilib. Qəzanın baş vermə təfərrüatları araşdırılır.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO