Şahdağa qar yağır - FAKTİKİ HAVA    

Şahdağa qar yağır - FAKTİKİ HAVA    

Hazırda oxunan: Şahdağa qar yağır - FAKTİKİ HAVA    

191875

Mayın 13-ü saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Balakən, Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçayda yağış, Şahdağda qar yağır. 

Şimal-qərb küləyi arabir güclənib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Sabirabadda 17 m/s-dək güclənib. 
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR-da 20-24, Aran rayonlarında 15-17, dağlıq rayonlarda 7-12 dərəcə isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO