Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla sərhədindəki dayaq məntəqələrini TƏRK EDİR 

Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla sərhədindəki dayaq məntəqələrini TƏRK EDİR 

Hazırda oxunan: Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla sərhədindəki dayaq məntəqələrini TƏRK EDİR 

191868

Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla sərhədindəki dayaq məntəqələrini bu gündən tərk etməyə başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənsitan mətbuatı məlumat yayıb. 

Məlumata görə, Rusiya hərbçiləri bu gündən etibarən Ermənistanın Azərbaycanla həmsərhəd olan Syünik, Vayots Dzor, Geqarqunik, Ararat və Tavuş vilayətlərindəki dayaq məntəqələrini tərk etməyə başlayıb. 
Qeyd edək ki, Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşıblar. 

Xatırladaq ki, mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bununla bağlı razılıq əldə edilib. Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri məntəqələri tərk etməlidirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO