Xocavəndə qanunsuz keçmək istəyənlər həbs edildi - FOTO

Xocavəndə qanunsuz keçmək istəyənlər həbs edildi - FOTO

Hazırda oxunan: Xocavəndə qanunsuz keçmək istəyənlər həbs edildi - FOTO

19182

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bizim.Media bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon ərazisinə qanunsuz daxil olan 4 nəfər saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Füzulidə sərhəd pozuntusu, 2 naməlum şəxs - DSX əməliyyat  keçirdi


Araşdırmalarla onların Beyləqan rayon sakinləri Turqut Əsədov, Fərid Məmmədzadə, Əli Məmişov və Rusiya Federasiyasının sakini Muxamed Abdullayev olduğu müəyyən edilib.

Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib və 10 sutka inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO