Kürdəmir rayonunun Xırdapay kəndində "Mercedes" markalı avtomaşının sürücüsü hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan rayonun Yenikənd kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Ziyad İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu