Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur vilayətindəki postlarını bağlamağa başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd edilir ki, onlar 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında vilayətin Gorusla Qafan rayonları arasında yerləşən Çakaten kəndində məskunlaşıblar.
Bundan əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Ayk Konjoryan Rusiya sərhədçilərinin Göyçə (Qeqarkunik), Zəngəzur (Sünik), Tovuzqala (Tavuş), Vedibasar (Ararat) və Dərələyəz (Vayots Dzor) bölgələrindən çıxarıldığını bəyan edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə razılaşdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:40 / 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda da keçid məntəqələrini bağlayır
Hazırda oxunan: Rusiya sərhədçiləri Zəngəzurda da keçid məntəqələrini bağlayır
Hazırda oxunan: Rusiya sərhədçiləri Zəngəzurda da keçid məntəqələrini bağlayır
191683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.