Lənkəranda baş verən əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, bu gün saat 17:23-də Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib. Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:35 / 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb - RƏSMİ
Hazırda oxunan: Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb - RƏSMİ
Hazırda oxunan: Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb - RƏSMİ
191592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.