Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Hazırda oxunan: Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

191536

Bakı şəhərində yeni park salınacaq.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, yeni park Yasamal rayonundakı S.Tağızadə, A.Şaiq və N.Aşurbəyova küçələrinin əhatəsində yerləşəcək.

Bu da 2019-cu ildə açılışı olan və paytaxtın simasını gözəlləşdirən Mərkəzi parkın davamı olaraq nəzərdə tutulub.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq yeni park üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlayıb.

Qurum sözügedən parkın layihə-smeta sənədlərinin hazırlanmasının 1 450 000 manata başa gələcəyini ehtimal edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO