Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində yeni radarr sistemi quraşdırılıb. Belə ki, yeni radar sistemi, digər adıyla elektron tablo, artıq sürət həddini göstərmiş olacaq.
Bəs yeni radar sisteminin adi radarlardan üstünlükləri nələrdir və başqa hansı ərazilərdə quraşdırılması düşünülür?
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, yeni radar sisteminin başqa hansı ərazilərdə yerləşdirrilməsi ilə bağlı məlumat yoxdur:
“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsi tərəfindən yolda müəyyən edilmiş sürət həddinin aşılması ilə inzibati xətaların daha çox qeydə alındığı ərazilərdə məlumatverici elektron lövhələrin quraşdırılmasına başlanılıb. Elektron lövhədə sürət həddini aşan avtomobillərin sürət həddi və nömrə-nişan əks olunmaqla, sürücü tərəfindən görünməsi təmin ediləcək. Elektron tabloların quraşdırılmasında əsas məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olunması və intizama dəvət edilməsidir”, - deyə DYP rəsmisi əlavə edib.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:20 / 11.05.2024
İlk dəfə Bakı-Şamaxı YOLUNDA – Yeni radarlar daha hansı ərazilərdə QURAŞDIRILACAQ?
Hazırda oxunan: İlk dəfə Bakı-Şamaxı YOLUNDA – Yeni radarlar daha hansı ərazilərdə QURAŞDIRILACAQ?
Hazırda oxunan: İlk dəfə Bakı-Şamaxı YOLUNDA – Yeni radarlar daha hansı ərazilərdə QURAŞDIRILACAQ?
191436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.