Bakıda 13-15 may tarixlərində “Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Bizim.Media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konfransda AMEA rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, eləcə də xarici ölkələrdən 30-a yaxın tanınmış seysmoloq alim və mütəxəssis iştirak edəcək.
Konfransda Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri və s. mövzularda müzakirələr aparılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:30 / 10.05.2024
Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK
Hazırda oxunan: Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK
Hazırda oxunan: Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK
191354
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.