Azərbaycanda iki tələbə göldə boğularaq öldü – FOTO  

Azərbaycanda iki tələbə göldə boğularaq öldü – FOTO  

Hazırda oxunan: Azərbaycanda iki tələbə göldə boğularaq öldü – FOTO  

191351

Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. 

Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar. 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. 
Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO