“Sahibkarların qənimi” Alimpaşa Məmmədovun HƏBSİNİN QARANLIQ TƏRƏFLƏRİ

“Sahibkarların qənimi” Alimpaşa Məmmədovun HƏBSİNİN QARANLIQ TƏRƏFLƏRİ

Hazırda oxunan: “Sahibkarların qənimi” Alimpaşa Məmmədovun HƏBSİNİN QARANLIQ TƏRƏFLƏRİ

19135

Bu gün DTX-nın Şəmkir İcra Hakimiyyətində keçirdiyi anti-korrupsiya əməliyyatı nəticəsində tutulan icra başçısı Alimpaşa Nemətovun bioqrafiyasında maraqlı və təzadlı məqamlarla olduqca doludur.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkir rayon İcra hakimiyyətində DTX əməliyyatı - HƏBSLƏR VAR - SON DƏQİQƏ


Fazil Məmmədovun “vuran əli”, “sahibkarların qənimi”

Nazir F.Məmmədovun “vuran əli” sayılan A.Məmmədovu 2012-ci ildə Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə təyin edib.  A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin də rəisi olub. Şəmkirdə çalışdığı vaxt keçmiş icra başçısı, Aslan Aslanovun istəyi ilə oradan qovulub. Salyanda isə sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Bir müddət işsiz qaldıqdan sonra 2 saylı Ərazi Vergilər İdarəsinə (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəis təyin olunub. A.Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi işləyərkən Sumqayıtda sahibkarlara sözün həqiqi mənasında divan tutub. İş adamları üçün müəyyən edilən “haqq” hesablanmış vergilərdən bir neçə dəfə çox olub. Buna görə də o, “sahibkarların qənimi” adını qazanıb.

A.Məmmədovun Fazil Məmmədovun biznesini idarə edən əsas fiqur olduğu da yayılan məlumatlar arasındadır.

Alimpaşanın istixana biznesi

O, 2014-cü ilin 8 oktyabrında Şəmkir Rayon İcra Başçısı təyin olunur. Onun icra başçısı işlədiyi zamanlarda Şəmkir rayonundaı özünəməxsus qaydaları və qanunları mövcud olub. Bildiyimiz kimi, Şəmkir camaatı əsasən müxtəlif istixanaları ilə məşhurdur, burada fəaliyyət göstərən sahibkarlar və fermerlər əsasən Rusiya bazarları ilə əlaqəli ticarət işlərini qurublar.

Alimpaşa Məmmədov Şəmkirə başçı təyin edildikdən sonra buradakı sahibkarların qara günləri başlayıb. O, istinasız şəkildə bütün sahibkarlardan məhsulların xarici bazarlara çıxarılması üçün konkret haqq müəyyənləşdirərək yerli istehsalı çökdürməyə nail olub. Sahibkarlar ya onunla şərik olmalı, ya da təsərrüfatlarından imtina edib getmək zorunda idilər. Alimpaşa Məmmədov Şəmkirdə bir çox istixanaları bu yolla öz əlində cəmləşdirməyə nail olub.

Təhsil Şöbəsinin müdiri ilə “qara mühasibatlıq”

Bir müddət əvvəl Məmmədovun əlaltısı olan Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski məktəblərdən qanunsuz rüşvət tələb etdiyi barədə məlumatlar yayılıb. İddialara görə, hər məktəb ayda 1500-2000 manat Təhsil Şöbəsinə haqq verməli idi. Yığılan pullar isə birbaşa Alimpaşa Məmmədovun cibinə axırdı.

Qafqazın ən böyük balıqyetişdirmə vətəgəsi, maral fabriki

Şəmkirdə Qafqazın ən böyük balıqyetişdirmə müəssisəsi sayılan 6 hektar ərazidə yerləşən, 43 milyon manata başa gələn “Azfarel” balıqyetişdirmə müəssisəsinə də sahibliyi A.Məmmədov aid olub. Müəssisəyə rəhbərliyi isə onun oğlu Alim Məmmədova həyata keçirib.

Alimpaşa Məmmədovun biznesi sərhəd tanımayıb, iddialara görə, Rusiyada başçının müxtəlif sektorlarda biznes şəbəkələri var. Bir müddət əvvəl onun rayonda  şəhid məzarlarından da pul qazandığı haqqında məlumatlarda yayılıb. Belə ki, Şəhidlər Xiyanabında dəfn olunmuş şəhidlərin üst (sinə) daşlarını “Salyan-Masallı MMC” nin mərmər fabrikinə sifariş edib. Lakin sonradan daşların pulunun 700 min manatı fabrikə ödəməyib.

Bundan başqa onun Şəmkirdə maral ferması da var. Ceyrançöldəki örüş sahələrini özəlləşdirib, dövlətdən kənd təsərrüfatının inkişafı üçün subsidiyalar alıb, müxtəlif şəxslərin adı altında taxıl əkdirib.

Alimpaşanın tamadalıqla başlayan karyerası

Qeyri rəsmi məlumatlara görə isə Alimpaşa Məmmədov Fazil Məmmədovun əli ilə vəzifələrə təyin olunmamışdan əvvəl, cavanlıqda toylarda tamadalıq edərək, pul qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO