28 illik faciə - Bu, bir daha baş verməyəcək

28 illik faciə - Bu, bir daha baş verməyəcək

Hazırda oxunan: 28 illik faciə - Bu, bir daha baş verməyəcək

191086

Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağın mirvarisi, gözəl Şuşanın işğalı 28 ildən çox davam edib. Erməni işğalçıları hücum əməliyyatını “Dağlarda toy” adlandırıblar. Ancaq başa düşməyiblər ki, ev sahibləri mütləq geri dönəcəklər və o "toy" işğalçıların illüziyaları və mifləri üçün dəfn mərasiminə çevriləcək. 

Bizim.Media xəbər verir ki, bu fikirlər caliber.az saytında yer alıb.

Mənbə daha sonra yazır:

"Ancaq əvvəlcə bir etirafı xatırlamaq yerinə düşərdi. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın “sağ əli” olan Levon Zurabyan ötən ilin sentyabrında Facebook səhifəsində belə yazmışdı:

"1992-ci ilin martında Ter-Petrosyan Rusiyanın “Komsomolskaya Pravda” qəzetinə demişdi ki, Dağlıq Qarabağa tam muxtariyyət “həm Qarabağ, həm də Azərbaycan üçün məqbul ola bilər”. Bu bəyanatdan iki ay sonra Şuşanı aldıq. Mən dedim ki, bu hərbi əməliyyat öncədən hazırlanmışdı və bəyanat yalnız hərbi əməliyyatlara informasiya dəstəyinin tərkib hissəsi kimi səsləndirilmişdi”.

Bu, 1992-ci ilin mayında Azərbaycanın Şuşa şəhərinin ələ keçirilməsi üçün hərbi əməliyyatdan əvvəl Ermənistan hakimiyyətinin ideoloji hazırlıqlara başladığı barədə bir bəyanat idi. Məqsəd isə dünya ictimaiyyətinin rəyini çaşdırmaq olub.

Təkcə bu fakt kifayətdir ki, Ermənistanın keçmiş və indiki liderlərinin heç birinə etibar etmək olmaz. Siyasi cəhətdən Ter-Petrosyan tərəfindən dəstəklənən Ermənistanın baş naziri Nikol Paşinyan da belə "siyasətçi"lərdən biridir. Buna şübhə edənlərə xatırladaq ki, “kabab inqilabı”nın qələbəsindən sonra Ermənistan parlamenti 2018-ci il mayın 8-də Şuşanın işğalı günü Paşinyanı baş nazir postuna seçib. Bu, artıq Paşinyanın komandasının Qarabağ məsələsində qeyri-konstruktiv, yaxud, sadəcə olaraq, açıq şəkildə təxribat xarakterli mövqe tutduqlarına dair çox açıq mesaj idi. Ermənistan parlamentindəki çıxışında Paşinyan bəyan etdi ki, inqilab “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun tanınmasına” gətirib çıxaracaq. Ermənistanın indiki baş naziri bu mövqeyə sadiq qalmaqda davam etdi. Bəli, axırda onun Şuşada sərxoş halda rəqsini, “Qarabağ Ermənistandır, nöqtə” ifadəsini gördük. Bütün bunlar, eləcə də 2020-ci ilin yayında Tovuz istiqamətində baş verən təxribat Azərbaycanla Ermənistan arasında müharibəni qaçılmaz etdi. 

Nəticədə müharibə 44 gün davam etdi və erməni ordusunun tam məğlubiyyəti ilə başa çatdı.

Xatırladaq ki, 2020-ci il noyabrın 6-da Azərbaycanın 400 nəfərdən ibarət xüsusi təyinatlı dəstəsi hər biri 100 nəfərdən ibarət 4 qrupa bölünərək Şuşa şəhərinə daxil oldu. Böyük itki verən erməni silahlıları şəhəri tərk etdi. Ermənilərin şəhərə nəzarəti bərpa etmək üçün Şuşaya hücum cəhdləri baş tutmadı. Şuşanın azad edilməsi “Dəmir yumruq” adlı əməliyyatın ən mühüm mərhələsi oldu. Məhz Azərbaycan ordusunun qüdrətli yumruğu erməni qəsbkarlarının başına dəydi. 

2020-ci il noyabrın 8-də isə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın azad edilməsi ilə bağlı xalqa müjdə verdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Hazırd biz bu mədəniyyət şəhərinin necə sürətlə inkişaf etdiyini, işğaldan azad olunandan sonra görkəminin yaxşılığa dorğu dəyişdiyini görürük. Bunu artıq orada olmuş bütün xarici qonaqlar da təsdiqləyir. 

Tezliklə Şuşa həmişəlik doğma yurdlarına qayıdacaq əsl sakinlərini qəbul edəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO