Vətən müharibəsi şəhidi Hüseyn Xəlilovun Nardaranda keçirilən dəfn mərasimində polislə sakinlər arasında qarşıdurma yaşanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Vətən müharibəsinin şəhidi Nardaranda dəfn edildi - FOTO
İddiaya görə, polis şəhidin dəfnində iştirak etmək istəyən sakinlərdən bir neçəsini həbs ediib.
Məsələylə aydınlıq gətirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, H. Xəlilovun dəfn mərasimi xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilib:
"Dəfndə yalnız şəhidin yaxınları iştirak edib. Buna baxmayaraq bir qrup insanın da dəfnə qatılmağa cəhd etməsi xüsusi karantin qaydalarına zidd olub. Buna görə də polis həmin şəxsləri saxlayıb. Onlarla izahedici söhbətlər aparılıb və hamısına xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Dəfndə saxlanılan və ya həbs edilən olmayıb”.
Bizim.Media