Gəncədə kanalizasiya xətti çəkilən zaman dağılan yollar hansı problemləri YARADIB? – VİDEO 

Gəncədə kanalizasiya xətti çəkilən zaman dağılan yollar hansı problemləri YARADIB? – VİDEO 

Hazırda oxunan: Gəncədə kanalizasiya xətti çəkilən zaman dağılan yollar hansı problemləri YARADIB? – VİDEO 

191050

Gəncədə yağan yağışlar şəhərin Mahrasa Bağı qəsəbəsində ciddi problemlər yaradıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə yaşayış massivində 13 saylı binanın qarşısında su və kanalizasiya xəttləri üçün qazılan xəndəyə düşən avtomobili oradan çıxarmaq böyük çətinliklə mümkün olub.

Binanın sakinlərinin sözlərinə görə, ərazidə qazıntı işlərini həyata keçirən MAGRO şirkətinin əməkdaşları basırılmış boruların üzərini yalnız torpaqlamaqla kifayətlənirlər:

“Əlbəttə, əraziyə yeni su və kanalizasia xətlərinin çəkilməsi çox yaxşı haldır. Lakin bütün qəsəbəinin onsuz da bərbad olan yollarını keçilməz hala salıblar. Davamlı yağan yağışlar da torpağı yuyub, çökməsinə səbəb olur. Bu problemi necəsə həll etmək lazımdır ki, əhali avtomobillə və piyada gedib gələndə əziyyət çəkməsin”.

Məsələ ilə bağlı MAGRO şirkətindən şifahi olaraq bildirilib ki, qeyd olunan Mahrasa Bağı qəsəbəsində xətlərin çəkilişinə yeni başlanılıb və tədbirlər planına uyğun olaraq həmin ərazidə işlər yekunlaşan kimi oranın asfaltlanması işləri yerinə yetiriləcək.
 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO