Ağdərədə separatçı rejimin

Ağdərədə separatçı rejimin "qəhrəman" muzeyi: Azərbaycana qarşı döyüşən qadın hərbçilərin FOTOLARI

Hazırda oxunan: Ağdərədə separatçı rejimin "qəhrəman" muzeyi: Azərbaycana qarşı döyüşən qadın hərbçilərin FOTOLARI

191033

Ağdərə rayonu ərazisində separatçı rejimin yaratdığı "qəhrəmanlar" muzeyində maraqlı fotolara və əşyalara rast gəlinib. 

Bizim.Media-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qondarma respublikanın "tarix" və "qəhrəmanlıq" muzeylərində "Artsax"a məxsus (döyüşlər zamanı verilən) orden və medallar, hazırda Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının istintaq təcridxanasında olan Araik Arutyunyan və digər terrorçuların fotoşəkilləri qorunub saxlanılırmış. 

Bütün bunlarla yanaşı muzeydə diqqətçəkən daha bir nüans da hərbi geyimli yaşlı qadınların fotolarından ibarət lövhədir. Kiçik araşdırma zamanı məlum olub ki, şəkilləri “qəhrəmanlıq” muzeyində saxlanılan qadınlar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı xüsusi fərqlənən döyüşçülər olub.

Onların kəşfiyyat-diversiya nəfəri və xüsusi hazırlıq görmüş snayperlər olduğu bildirilib. 

Xatırladaq ki, qondarma rejimin Azərbaycanın Ağdərə, Xankəndi və Xocavənd rayonları ərazisində bu tipli muzeyləri yer alır. Orada saxlanılan tarixi əşyaların hamısı birinci Qarabağ müharibəsi zamanı işğal altına düşən rayonların muzeylərindən götürülərək tarixi saxtalaşdırılıb. 








Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO