Naxçıvan ASAN Vəkil Bürosu açılıb - FOTO

Naxçıvan ASAN Vəkil Bürosu açılıb - FOTO

Hazırda oxunan: Naxçıvan ASAN Vəkil Bürosu açılıb - FOTO

190960

Mayın 7-də Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan ASAN Vəkil Bürosunun açılış mərasimində iştirak edib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdən əvvəl nümayəndə heyəti “ASAN xidmət” mərkəzində vəkil kabineti ilə tanış olub.

Kollegiya sədri Anar Bağırov “ASAN xidmət” mərkəzi ilə səmərəli əməkdaşlıq edildiyini söyləyib, ASAN Vəkil Bürosunun əməkdaşlarına tövsiyələrini verib.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov qonaqlara büro haqqında ətraflı məlumat verib. Nəzərə çatdırılıb ki, kollegiyanın inzibati binasında yerləşən büro 5 otaqdan ibarətdir. Büroda əlverişli iş şəraiti üçün lazımi inventarlar quraşdırılıb. Vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb. Eyni zamanda, ASAN Vəkil Bürosu Naxçıvan "ASAN xidmət" mərkəzində də fəaliyyət göstərir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin iştirakı ilə görüş keçirilib. Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illər kollegiyada görülən işlərdən, Azərbaycanda vəkilliyin inkişafından danışıb, vəkillərin sayının getdikcə artdığını söyləyib. Ölkəmizdə vəkil bürolarının sayının 137-yə çatdığını bildirən sədr bütün vəkil qurumlarının beynəlxalq standartlara cavab verdiyini və vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almasını təmin edən şəraitin yaradıldığını vurğulayıb.

Son dövrlər Naxçıvanda vəkillik sahəsində görülən işlərə, islahatlara da toxunan sədr Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti, uğurları, problemlərin həlli məsələsindən söz açıb, o cümlədən gələcəkdə yeniliklərin olacağını, habelə vəkillərin sayının 100 faizə çatdığını bildirib.
Sonda vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemlər və təkliflər dinlənilib, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülən tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb. Həmçinin peşə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb, o cümlədən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının yeni vəkil bürolarının açılması təklifi irəli sürülüb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO