Bakıdakı hotellərin birində zəhərlənlərdən ikisinin vəziyyəti ağır-stabildir.
Bu barədə məlumatı Bizim.Media-ya Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd verib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda hoteldə 4 nəfər zəhərləndi - 2-si öldü - FOTO
O bildirib ki, hazırda onlara tibbi müdaxilələr davam etdirilir:
“İki nəfər – Xəzər Cabbarlı və Nicat Cabbarlı zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir”.
Xəstəxana rəsmisinin sözlərinə görə onların hansı qidadan zəhərləndikləri müəyyən olunmayıb.
Xatırladaq ki, Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində zəhərlənmə hadisəsi baş verib. Bakupost.az-ın məlumatına görə, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Günay Şahmar, Bizim.Media