Gimnaziya şagirdləri vaxtından əvvəl yay tətilinə çıxacaq? - Direktordan AÇIQLAMA/YENİLƏNİB 

Gimnaziya şagirdləri vaxtından əvvəl yay tətilinə çıxacaq? - Direktordan AÇIQLAMA/YENİLƏNİB 

Hazırda oxunan: Gimnaziya şagirdləri vaxtından əvvəl yay tətilinə çıxacaq? - Direktordan AÇIQLAMA/YENİLƏNİB 

190835

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanması barədə xəbərlər yayılıb. Məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar. Xəbəri ilk dəfə "baku.ws" saytı yayıb. 

Bizim.Media xəbər verir ki, “modern.az” məlumatı dəqiqləşdirmək üçün Respublika İncəsənət Gimnaziyası ilə əlaqə saxlayıb.  

İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova sayta açıqlamasında bildirib ki, Respublika İncəsənət Gimnaziyasının əsaslı təmirə bağlanacağı doğrudur. 

"Ancaq digər məlumatlar doğru deyil. Şagirdlərin yay tətilinə tez buraxılacağı əsassızdır. Mən zəng edib öz şikayətimi bildirmişəm. Elə bir məsələ yoxdur. Kimə əsaslanıb belə məsələ ortaya çıxıb bizə aydın deyil. Dərslər vaxtından əvvəl bitməyəcək. Öz qaydasında bitəcək. Aydındır ki, təmirin nə qədər davam edəcəyini dəqiq demək çətindir. Təmir gecdə bitə bilər, tez də. Buna əsasən məktəbin fəaliyyətə nə zaman başlayacağı və digər məsələlər aydınlaşacaq”, - o qeyd edib. 

*** 11:17

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. 

Bizim.Media ”Baku.ws”ə istinadən xəbər verir ki, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. 

Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar. 

Belə ki, İncəsənət Gimnaziyasından ibtidai siniflər növbəti təhsil mövsümünü 189 saylı, yuxarı sinif şagirdləri isə 190 saylı məktəbdə başlayacaq. 
İbtidailər 1-ci növbə, yuxarı sinif şagirdləri isə 2-ci növbə oxuyacaqlar. Gimnaziyada əsaslı təmirin 1 il ərzində yekunlaşacağı planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO