Cari  ildə bu qədər şagirdimiz beynəlxalq fənn olimpiyadalarında medal qazanıb

Cari ildə bu qədər şagirdimiz beynəlxalq fənn olimpiyadalarında medal qazanıb

Hazırda oxunan: Cari ildə bu qədər şagirdimiz beynəlxalq fənn olimpiyadalarında medal qazanıb

190760


Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu ilin yekunlarına aid hesabat hazırlayıb. Yekun hesabatda ölkədaxili və beynəlxalq fənn olimpiyadalarında medal qazanan şagirdlərlə bağlı statistik göstəricilər yer alıb.

Moderator.az həmin statistik göstəriciləri təqdim edir:

“-Respublika fənn olimpiada qaliblərinin mükafatlandırılması mərasimi xa0keçirilib. Bu il Naxçıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb.

-Amerika Birləşmiş Ştatlarında 10-cu Beynəlxalq Davamlı Dünya-Enerji Mühəndislik Ətraf Mühit Layihə Olimpiadası (ISWEEEP International Sustainable World ”“ Energy Engineering Environment Project Olympiad) keçirilib. Hyuston şəhərində təşkil edilən olimpiadada 63 ölkədən 440 layihə ilə 700 şagird iştirak edib. Olimpiadada ölkəmizi Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Nailə Məmmədova və “İstək”x9d liseyinin 8-ci sinif şagirdi Aytən Qayıbova təmsil edib. xa0Azərbaycanlı məktəblilər olimpiadada uğurla iştirak edərək bürünc medala layiq görülüblər.

-Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının nəticələri açıqlanıb.Olimpiadanın final mərhələsində Bakı şəhəri üzrə 1859 şagird iştirak edib. Nəticələrə əsasən, 59 şagird finalda 80 faiz həddi keçərək mükafatçılar siyahısına düşüb. 842 şagird isə 50-80 faiz aralığında nəticə göstərərək olimpiadanın final turunda aktiv iştirakına görə, sertifikata layiq görülüb.


-Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə xa0Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb. Bununla da Ramil Babazadə 11 il bundan əvvəl qazanılan uğuru təkrar edib. Bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin qazandıqları uğura görə Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb. Beləliklə, Azərbaycan bu uğurla Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsrail kimi inkişaf etmiş ölkələri geridə qoyub. Ümumilikdə, bu tədris ili ərzində məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 4 gümüş, 23 bürünc medal qazanıblar.xa0

Hazırladı: Elmin



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO