Güclü yağış və dolu TƏHLÜKƏSİ – Mövsümi məhsullara necə TƏSİR edəcək?

Güclü yağış və dolu TƏHLÜKƏSİ – Mövsümi məhsullara necə TƏSİR edəcək?

Hazırda oxunan: Güclü yağış və dolu TƏHLÜKƏSİ – Mövsümi məhsullara necə TƏSİR edəcək?

190708

Bir neçə gündür ölkədə havalar qeyri-sabit keçir. Aprel ayının ikinci yarısından müşahidə edilən isti havaları soyuq havalar əvəzləyib. Belə ki, may ayının əvvəlindən temperatur bir neçə dərəcə enib, paytaxta və bölgələrə yağış yağıb. 

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, dünən bəzi rayonlarda şimşək çaxıb, dolu düşüb, dağlıq ərazilərə qar yağıb. Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Mayın 5-də Kürdəmir rayonunun Pirili kəndi ərazisinə 8-10 mm, Mollakənd ərazisinə saat 21:20 radələrində 6-8 mm, İmişli rayonunun Qızıl kəndinə saat 23:30 radələrində 8-10 mm, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinə isə diametri 6-8 mm olan dolu düşüb.

Bəs hazırda müşahidə edilən hava şəraiti kənd təsərrüfatına necə təsir edir? Bunun mövsümi məhsullara təsiri nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli deyib ki, yağan yağışlar çiçəklənmə dövründə olan ağaclara ziyandır:

“Hazırda bir çox ağaclar artıq meyvə gətirib, yəni çiçəklənmə dövrünü bitirib, amma hələ də çiçəklənmə dövründə olan ağaclar var. Həmin çiçəklənmə dövrü olan bağlara külək bir qədər xeyir edirsə, yağış zərər vurur. Yağış tozlanmayan çiçəyin üstünə düşəndə çiçəkdə mayalanma prosesi pozulur və çiçəkdən meyvə əmələ gəlmir. Bu baxımdan yağış meyvə bağları üçün zərərlidir.

Dolu isə bütün kənd təsərrüfatı sahələri üçün zərərlidir. Həm birillik, həm çoxillik bitkilər, həm də ağaclar, meyvə bağlarına zərər vurur. Çünki dolu fiziki olaraq bitkini müəyyən dərəcədə zədələyir, məhv eləyir”.

Ekspert hesab edir ki, yağış və dolu düşən rayonlarda məhsuldarlıq az olacaq:

“Dolu br neçə rayon ərazisinə düşüb, bu, həmin rayonlarda məhsuldarlığa mənfi təsir edəcək. Albalı və gilasın çiçəklənmə dövrüdür, yağışlı hava bunlara mənfi təsir göstərir. Bir sözlə, dolu bütün kənd təsərrüfatı sahəsinə, yağış isə çiçəklənmə dövründə olan bağlara zərər vurur. Yağış digər sektora, taxılın bütün növləri, bostan bitkilərinə, dəmyə sahələrinə xeyirdir. 
Sovet dövründə dolu düşməsinə imkan vermirdilər, toplar quraşdırmışdılar, dolu təhlükəsi olanda buludları vurub dağıdırdılar. İndi də Kənd Təssərrüfatı Nazirliyi bir qədər təkmil şəkildə o təcrübədən istifadə etməyi düşünməlidir”.

Günay Şahmar, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO