İmişlinin həkimsiz qalan TİBB MƏNTƏQƏSİ – Bina təmir olunacaqmı? – Rəsmi AÇIQLAMA   

İmişlinin həkimsiz qalan TİBB MƏNTƏQƏSİ – Bina təmir olunacaqmı? – Rəsmi AÇIQLAMA   

Hazırda oxunan: İmişlinin həkimsiz qalan TİBB MƏNTƏQƏSİ – Bina təmir olunacaqmı? – Rəsmi AÇIQLAMA   

190654

İmişli rayonunun Boşçalılar kəndindəki tibb məntəqəsi tövləni xatırladıq. Artıq uzun müddətdir ki, kəndin tibb məntəqəsi acınacaqlı və fəaliyyətsiz durumdadır. Bu illər ərzində məntəqədə nə tibb personalı var, nə də dərman... 

Baxımsız və bərbad vəziyyətdə olan tibbi məntəqəsinin bu durumundan kənd sakinləri də təngə gəliblər. Dediklərinə görə, bu günə kimi bir dəfə də olsun aidiyyatı qurumlar tərəfindən təmir edilməyən tibb məntəqəsinin qapıları da aylardır ki, bağlıdır. Fövqəladə və təcili vaxtlarda isə sakinlər məcburiyyətdən uzun yol qət edərək rayon mərkəzinə üz tutmalı olurlar.  

Bizim.Media-ya tibb məntəqəsinin fəaliyyətsizliyindən şikayətlənən sakinlər bildiriblər ki, mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyatı üzrə müraciət etsələr də, bu günə kim onların harayına çatan olmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada tibb məntəqəsi QƏZALI DURUMDA – 10 min sakini olan KƏNDDƏN ŞİKAYƏT – FOTO 



Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, İmişli rayonunun Boşçalılar kəndi 2003 sakindən ibarətdir və kəndin tibb məntəqəsində 1 müdir və 1 xadimə olmaqla 2 ştat vahidi var:

“21 noyabr 2023-cü il tarixində sözügedən tibb məntəqəsinin müdirinin işinə “işçinin çalışmanın yaş həddinə çatması ilə” əlaqədar olaraq xitam verilib. Bu barədə TƏBİB-ə məlumat verilib və müvafiq vakansiya elan olunub. Qeyd olunan vəzifə üzrə işə qəbul ilə bağlı müraciətlər daxil olduğu və uyğun namizəd olduğu təqdirdə məntəqə tibb işçisi ilə təmin ediləcək.

Əlavə olaraq bildiririk ki, TƏBİB tabeliyində olan tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməkdədir. Tabeliyindəki dövlət tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən TƏBİB-in tibb müəssisələrində 17 minə qədər həkim, 58 minə qədər tibb işçisi əhaliyə xidmət edir”.






Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO