Son vaxtlar uşaqlarda yüksək hərarət, səpki və boğaz ağrısı simptomları daha çox müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bunu uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev deyib.
Onun sözlərinə görə, qızılca ilə oxşar simtomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir:
"Streptakok adlı bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar revmatizma və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən 10 saylı uşaq poliklinikasından bildirilib ki, uşaqlarda olan yüngül boğazağrısı belə gözardı edilməməli, aidiyyəti üzrə poliklinikaya müraciət olunmalıdır.
Ətraflı Xəzər televiziyasının süjetində:
Bizim.Media