Asiya İnkişaf Bankı (AİB) Cənubi Qafqazda nəqliyyat şəbəkəsinin bərpasına sərmayə yatırmağa hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə treend.-az-a müsahibəsində AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov Bankın Tbilisidə keçirilən illik toplantısı çərçivəsində bildirib.
"Sektorlara nəzər salsaq, biz həm də daşımalarla bağlı daha çox işləmək, Azərbaycan Dəmir Yolları ilə əməkdaşlığımızı genişləndirməkdə davam etmək istəyirik, çünki bütün şəbəkənin bərpası üçün çoxlu yarımçıq qalan vəzifələr var", - deyə o qeyd edib.
O qeyd edib ki, AİB də Azərbaycan və Ermənistan arasında uğurlu danışıqlara ümid edir, çünki sülh sazişi əldə edildikdən sonra bu, ölkəyə əlavə nəqliyyat dəhlizinin açılmasına, Azərbaycanı və regionu dünya ilə daha yaxşı əlaqələndirməyə imkan verəcək:
"Azərbaycanın cənub hissəsindən Ermənistan ərazisindən Naxçıvana qədər uzanan kifayət qədər köhnə dəmir yolu var. Ona görə də sülh sazişi və digər razılaşmalar əldə olunarsa, biz bu şəbəkənin bərpasına sərmayə qoymağa çox şad olarıq, lakin təbii ki, Azərbaycan hökumətinin prioritet qərarlarına uyğun olaraq".
Bizim.Media