Oğuzun Qarabulaq kəndindəki göldə balıq tutan yaşlı kişi suda bataraq həlak olub.
MÖVZU İLƏ BAĞLI:
Selfi çəkdirərkən su kanalına düşən oğlanın meyiti tapıldı
Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Rayonun Böyük Söyüdlü kənd sakini, 63 yaşlı Vasilkov Aleksey Aleksandroviç ərazidən axan Türyançayın hövzəsində yaradılmış süni göldə balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılıb. A. Vasilkov suda boğularaq ölüb.
Hazırda hadisə ilə bağlı istintaq işləri aparılır.
Bizim.Media