Şəkidə qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi BAŞLANIB

Şəkidə qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi BAŞLANIB

Hazırda oxunan: Şəkidə qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi BAŞLANIB

190467

Mayın 4-də saat 17 radələrində Şəki rayonu ərazisində 2 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bizim.Media xəbər verir ki, bu barədə Şəki rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla 1965-ci il təvəllüdlü Namiq Məmmədovun rayonun Baş Şabalıd kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndliləri 1966-cı il təvəllüdlü Azər Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Məmmədsoya ov silahından atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Namiq Məmmədov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO