Əhalinin sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin göstərilməsi, eləcə də xidmətin təşkili zamanı yol verilən nöqsan və hüquqpozmalar barədə atılan addımları dəstəkləyirik.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB “Report”un Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı ünvanlandığı sorğuya cavab olaraq bildirib.
Qeyd olunub ki, bu istiqamətdə aidiyyəti orqan və qurumlarla sıx əməkdaşlıq həyata keçirilir: “Tərəfimizdən nöqsanlar aşkar edildiyi təqdirdə müvafiq qaydada məlumatlar aidiyyəti üzrə təqdim olunur”.
“TƏBİB-in struktur bölmələri tərəfindən intensiv olaraq tibb müəssisələrində monitorinq, xidməti araşdırma və yoxlamalar aparılır, məlumatlar toplanılır, qanunazidd hallara şübhə yarandığı təqdirdə prokurorluq orqanlarına aidiyyəti üzrə tədbirlərin görülməsi ilə bağlı müraciət olunur”, - məlumatda bildirilib.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:18 / 04.05.2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasındakı nöqsan və hüquqpozmalara münasibət bildirib
Hazırda oxunan: TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasındakı nöqsan və hüquqpozmalara münasibət bildirib
Hazırda oxunan: TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasındakı nöqsan və hüquqpozmalara münasibət bildirib
190441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.