Mayın 4-də paytaxtın Sabunçu rayonu ərazisində 1974-cü il təvəllüdlü Roman Əsgərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, aparılmış istintaqla 1966-ci il təvəllüdlü Rəşid Babayevin mayın 3-də rayonun Maştağa qəsəbəsi ərazisində Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəşid Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:32 / 04.05.2024
Sabunçuda 50 yaşlı kişinin qətli ilə bağlı cinayət işi AÇILIB
Hazırda oxunan: Sabunçuda 50 yaşlı kişinin qətli ilə bağlı cinayət işi AÇILIB
Hazırda oxunan: Sabunçuda 50 yaşlı kişinin qətli ilə bağlı cinayət işi AÇILIB
190435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.