Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır.
Bizim.Media xəbər verir ki, 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü iki otaq, 28-i üç otaqlı, 14-ü dördotaqlı, dördü beş otaqlıdır.
“Bundan əlavə kənddə 300 kvadratmetrdən ibarət olan alış-veriş mərkəzi və market də tikilib”, – deyə direktor müavini qeyd edib.
Daha ətraflı AzTV-nin süjetində:
Bizim.Media