“Qonşuda uşaq ağlayırsa, demək orada problem var” – Elşad Hacıyev 

“Qonşuda uşaq ağlayırsa, demək orada problem var” – Elşad Hacıyev 

Hazırda oxunan: “Qonşuda uşaq ağlayırsa, demək orada problem var” – Elşad Hacıyev 

190253

"Gündəlik işimizin əsas hissəsi narkotiklə mübarizəyə yönəlib. Narkotik vasitələrlə bağlı xeyli bazalar dağıdılıb. Narkotiklə mübarizədə artıq reablitasiya mərkəzlərinin sayı artıb. Əvvələr aludəçiləri doğmaları və qohumları gizlədə bilirdisə, indi bu, mümkün olmur. Vəziyyət o yerə çatıb ki, cəmiyyət bu məsələdə irəli gedib". 

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" adlı forumda deyib.

Elşad Hacıyev qeyd edib ki, artıq respublikanın avtomobil yollarında narkotik vasitənin təsiri altında maşın idarə edənlər aşkarlanır:

"Biləsiniz ki, narkotik və neqativ hadisələrə qarşı dövlət tərəfindən qarşımıza konkret tapşırıq qoyulub. Bu hadisələrlə bağlı heç kimə güzəşt olunmur. Ötən il 8632 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Oğul həbs olunur və onunla bərabər ana, ata, bacı, yoldaş və övlad narahat olur. 

Baxırsan ki, hansısa media yazır ki, orta məktəbdə, yaxud ali təhsil müəssisəsində narkotik qəbul edən şəxs var. Araşdırırıq fakt yoxdur. Ümumilikdə, cəmiyyət olaraq vətəndaş mövqeyini ortaya qoymalıyıq. Əgər bir yolda sürücü avtomobili yüksək sürətlə idarə edirsə, yaxud qonşuda uşaq ağlayıb çığırırsa demək orada problem var.

Buna qonşu etinasız yanaşmamalıdır. Amma bizdə nə baş verir? Ciinayət hadisəsi baş verir və bununla bağlı bəzi mətbuat nümayəndələri təhqiqatçı və ya istintaqçıya çevrilir.

Yaxud fərziyə xaraakteri daşıyan məlumatları ictimailəşdirir. Media istənilən məlumatı yayarkən son dərəcə diqqətli olmalıdır. Biz anaları, doğmaları danışdırıb, ağladıb, yazmaqla problemlərə nail ola bilmərik". 

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO