Günəşdə bir neçə oblastda baş verən M sinif M 1.0 və M 2.7 alışmaları səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Lakin Yerə yönələn tac kütlə atımaları müşahidə ediməyib.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Bizim.Media-ya verilən məlumata görə, Günəş aktivliyi M (R1-R2 mülayim orta) və müəyyən ehtimalla X (R3-güclü) səviyyədə olacaq.
Qeyd olunub ki, 03-05 may tarixlərində aktivlik səviyyəsi azalacaq:
"Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir. G2 geomaqnit qasırğa səviyyəsində olan geomaqnit sahəsindəki artım günortaya, saat 15.00 radələrinə kimi davam edəcək, qasırğa səviyyəsi G1 səviyyəsinə və daha sonra normal hala enəcək. Saat 15.00-dan sonra maqnit qasırğa aktivliyini göstərən əmsal normal fon səviyyəsində olacaq".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:05 / 03.05.2024
Yerdə güclü geomaqnit qasırğası müşahidə EDİLİR - FOTO
Hazırda oxunan: Yerdə güclü geomaqnit qasırğası müşahidə EDİLİR - FOTO
Hazırda oxunan: Yerdə güclü geomaqnit qasırğası müşahidə EDİLİR - FOTO
190188
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.