"21-ci əsr türk əsri olacaq. Cənab Prezident andiçmə mərasimindəki çıxışında qeyd etdi ki, bizim ailəmiz türk dünyasıdır, yolumuz orayadır".
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri Mədəniyyət kanalında yayımlanan Körpü verilişindəki çıxışında Azərbaycanlıların və digər Türkdilli Xalqaların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl deyib.
Onun sözlərinə görə, sevindirici haldır ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası dövlət tərəfindən dəstəklənir və prioritetə çevrilib:
"Təbii yaşam haqqımız uğrunda hər zaman mübarizə aparmışıq. Müstəqillik dövründə indi bu daha da qabarıb. Təbii yaşam haqqını ədəbi dillə çatdırmaq məsələsi var. Tarix vasitəsilə çatdırıldıqda müəyyən yanlışlıqlar ola bilər. Hər dövrün bir mübarizə metodu var. Faciələrimizi dünyaya çatdırmaq üçün hər zaman müəyyən addımlar atmışıq. Gənclərimizə də bunu aşılamalıyıq".
- A-
- A
- A+
Cəmiyyət
22:15 / 02.05.2024
Qərbi Azərbaycana qayıdış konsepsiyası prioritetə çevrilib - ATXƏM SƏDRİ - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycana qayıdış konsepsiyası prioritetə çevrilib - ATXƏM SƏDRİ - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycana qayıdış konsepsiyası prioritetə çevrilib - ATXƏM SƏDRİ - VİDEO
190156
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.