Son vaxtlar Azərbaycanda süni mayalanma üsulundan istifadə halları artıb.
xa0
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun hamilələrin patologiyası şöbəsinin müdiri Muradova Zinyət bildirib ki, bunu valideynlərin istəyi ilə deyil, son illər sonsuzluğun artması ilə əlaqələndirmək olar.
xa0
Onun sözlərinə görə, sonsuzluqdan əziyyət çəkən şəxslər çıxış yolu kimi süni mayalanmanı seçirlər.
xa0
Şöbə müdiri qeyd edib ki, sonsuzluğun səbəbləri müxtəlif ola bilər: “Ölkəmizdə sonsuzluq halları daha çox kişilərlə bağlıdır. Onlarda olan infeksiyalar, həyat tərzi və digər məsələləri sonsuzluğun səbəbləri kimi göstərmək olar”x9d.
xa0
Şöbə müdiri qeyd edib ki, hamiləliyin düzgün idarə olunmasının əsas nüanslarından biri risk faktorlarının vaxtında aşkarlanmasıdır: “Risk faktorlarına sosial-bioloji, mama-ginekoloji və ekstragenetal faktorlar daxildir. Sosial bioloji faktorlara ana və atanın yaşı, zərərli vərdişlərdən istifadə, bədən çəkisi, yaşının 18-dən az, 35-dən çox olması, mama-ginekoloji faktorlara anemnezdə düşüklərin olması, qeysəriyyə kəsiyi əməliyyatı, sonsuzluq və digərləri, ekstrgenetal faktorlara isə sidik, ağciyər, ürək-damar xəstəliklərinin aşkarlanması daxildir. Bunlar vaxtında aşkarlanmazsa, hamiləlik patoloji sonlana bilər. Müəyyən risk qruplarına aid olan qadınlar vaxtında müayinə olunarsa, problemlərin qarşısını almaq olar. Bütün patologiyalar vaxtında əvvəl doğuşla nəticələnir”x9d. xa0 xa0

































































































