Kəlbəcər şəhərinin Baş planı TƏSDİQLƏNDİ 

Kəlbəcər şəhərinin Baş planı TƏSDİQLƏNDİ 

Hazırda oxunan: Kəlbəcər şəhərinin Baş planı TƏSDİQLƏNDİ 

190025

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Xatırladaq ki, Kəlbəcər rayonu 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb. 1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

10 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb, Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib. Rayonun 1 şəhəri (Kəlbəcər), 1 qəsəbəsi (İstisu) və 127 kəndi Azərbaycana qaytarılıb.

Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 24 kəndi Kəlbəcər rayonunun tərkibinə verilib. Həmin kəndlərdən Kərəmli və Narınclar kəndləri 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerdə qalan 22 kənd isə 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində  Azərbaycanın suverenliyinə keçib.

Hər il noyabrın 25-i Kəlbəcər günü kimi qeyd olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO