Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışının əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, eyni zamanda ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın istismar qaydalarını öyrətməkdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:05 / 01.05.2024
Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına CƏLB OLUNUB
Hazırda oxunan: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına CƏLB OLUNUB
Hazırda oxunan: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına CƏLB OLUNUB
189954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.