Avrasiya Universitetlər Birliyinin sədri: “Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də faydalıdır” – FOTO 

Avrasiya Universitetlər Birliyinin sədri: “Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də faydalıdır” – FOTO 

Hazırda oxunan: Avrasiya Universitetlər Birliyinin sədri: “Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də faydalıdır” – FOTO 

189926

İstanbul Aydın Universitetinin təsisçisi, Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydın 7 nömrəli tam orta məktəbin pedaqoji heyəti və ADPU-nin təcrübəçi tələbələrinə seminar keçib. 

Bizim.Media xəbər verir ki, Doç.Dr. Mustafa Aydının təhsil idarəçiləri qarşısında “Yeni çağırışlar və müasir texnologiyalar şəraitində gələcəyin müəllimi necə olmalıdır” mövzusunda çıxışı baş tutub. 

O, Azərbaycana səfərinin əsas məqsədinin yeni əməkdaşlıq əlaqələrinin qurulmasını təmin etmək olduğunu bildirib:

“Bu gün biz Azərbaycanda təhsildəki yeni texnologiyalar, yeni yanaşmaları müzakirə edəcəyik. İstənilən sahədə Türkiyə və Azərbaycan gücləndikcə Avropanın, BMT-nin Azərbaycanın düşüncələrinə etdiyi hörmət artır. İqtisadiyyatda və müdafiə sənayesində güclü olan ölkələrin fikirlərini dünya dövlətləri  önəmsəyir. 

Paşinyan artıq gerçəyi görməkdədir. Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərini nə qədər yaxşılaşdırsa, Ermənistanın rifahı bir o qədər artacaq. Koridorun açılması Ermənistanın özünə də sərf edir. Amma Qərb və ABŞ Ermənistanı maket kimi istifadə etdiyi üçün Ermənistan bu addımı atmır”. 














Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO